...

"Üç qız" Rusiya-Azərbaycan müştərək filmi MDB və Baltik ölkələri kinofestivalının Qran-Prisinə layiq görülüb

Cəmiyyət Materials 15 Noyabr 2007 17:43 (UTC +04:00)
"Üç qız" Rusiya-Azərbaycan müştərək filmi MDB və Baltik ölkələri kinofestivalının Qran-Prisinə layiq görülüb

İTAR-TASS-ın verdiyi məlumata görə, "Üç qız" Rusiya-Azərbaycan filmi MDB və Baltik ölkələrinin "Yeni kino. XXI əsr" kinofestivalının Qran-Prisinə layiq görülüb. Filmin rejissoru Murad İbrahimbəyovdur. İbrahimbəyovun filmi həm də ən yaxşı musiqi, ən yaxşı qadın və ən uaxşı kişi roluna görə mükafat alıb. "Çəkidiyim filmin süjetini qısaca belə təsvir edərdim: üç qız var idi, onlar çox ağıllı, çox gözəl idilər və onlar güllə atmağı çox sevirdilər" - rejissor deyib.

Onun sözlərinə görə, film detektiv elementlərə malik lirik komediya janrındadır. Baş rollarda Təranə Ocaverdiyeva, Rövşanə Kurkova, Arzu Kadıbakova və Sergey Frorlov çıxış ediblər. "Ümid edirəm ki, festivalda əldə olunan qələbə filmin uğurlu olmasına səbəb olacaq" - deyə rejissor qeyd edib. İbrahimbəyovun sözlərinə görə, "birgə istehsal MDB-nin kinoşünaslarının əməkdaşlığı üçün daha optimal formadır". "Hesab edirəm ki, iki qardaşın taleyindən bəhs edəcək növbəti filmimi də rus həmkarlarımla çəkəcəyəm" - deyə rejissor qeyd edib. Rejissor bildirib ki, son illər Azərbaycanda kinomatoqrafiyanın inkişafı hiss olunur, "xüsusilə də, dövlət investisiyları sayəsində milli filmlərin sayı artıb".

Rejissor və ssenarist Murad İbrahimbəyov tamaşaçılara "Qızıl buzovların valsı", "Gənc qadın üçün kişi", "Əsl hadislər və ya montyorun dəhşətli günü", "Mən qaçışı əvvəlcədən düşünmüşəm" filməri ilə məşhurdur. Onun "Neft" qısametrajlı filmi Beynəlxalq Venesiya Kinofestivalının mükafatına layiq görülüb. "Yeni kino. XXI əsr" dördüncü kinofestivalı noyabrın 9-dan 14-dək Nijni Novqorodda keçirilib. Bu il münsiflər heyətinə İrakli Kvirikdze başçııq edib. Baxış proqramına MDB və Baltik ölkələri tərəfindən çəkilmiş 120 film daxil olub.

Xəbər lenti

Xəbər lenti