...

Türk pop-ulduzu Kənan Doğulunun Bakıya gizli gəlişi ona 150 min avro qazandırıb

Cəmiyyət Materials 16 Noyabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Bir neçə gündür ki, şəhərdə belə bir xəbər yayılıb ki, Kənan Doğulu Bakıda olub. Şəhərimizə gizli gəlişinin səbəbi ictimaiyyətə açıqlanmasa da, TrendLife-a sızan xəbərlərdən belə məlum oldu ki, pop-ulduz sırf toy məclisində iştirak etmək üçün bizlərə qonaq gəlib. Heydər Əliyev adına Hava Limanında da müğənninin İstanbul-Bakı reysi ilə təyyarədən enməsini görənlər olub. Kənan bəy bu gün günorta saatlarında vətəninə geri dönüb. İnanılmaz olsa da, şəhərin dəbdəbəli məkanlarında baş tutan toy məclisində 2-3 saat oxuması ona nə-az, nə-çox - düz 150 min avro qazandırıb. Halal xoşun olsun, Kənan bəy!

Xəbər lenti

Xəbər lenti