...

Boş-boş danışmaqdan başqa heç kim heç nə etmir- Xalq artisti Elmira Şabanova

Cəmiyyət Materials 17 Noyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Baık, 17 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Bəzi KİV-də yayılan məlumata görə, Rusiyanını ORT kanalında çalışan həmyerlimiz, xalq artisti Elmira Şabanovanın oğlu Fuad Şabanovun erməni aktyoru barədə çəkdiyi sənədli filmdə Azərbaycan musiqisi erməni musiqisi kimi qələmə verilib. Aktrisa isə, oğlunun günahkar olmadığını deyib. O, bildirib ki, filmdə Ələkbər Tağıyevin mahnısından fon kimi istifadə olunub. Bəstəkarın "Sən gəlməz oldun" adlı mahnısı Şərq musiqisi adı altında erməni düdükçüsü Civan Qasparyanın ifasında sələndirilib. Həmin filmin sponsorunun erməni olduğunu deyən Elmira xanım bizim imkanlı şəxsləri suçlayıb:

"İmkanlı şəxslərimiz pullarını boş-boş kliplərə, hansısa səsi-istedadı olmayan müğənninin "rastkrutka"sına xərcləyirlər. Onlar da ermənilər kimi sponsorluq etsinlər, Fuad Rəşid Behbudov, Şövkət Ələkbərova və digər korifeylərimiz haqqında film çəkib, ORT kanalında nümayiş etdirsin. Amma bunu edən yoxdur, elə boş-boş danışmaqla məşğuldurlar".

Xəbər lenti

Xəbər lenti