...

Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən filmin ssenarisi artıq hazırdır

Cəmiyyət Materials 19 Noyabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Rejissor Ələkbər Muradov dünya şöhrətli rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən bədii film üçün ssenari yazıb, amma film hələ də istehsalata buraxılmır.

Ə.Muradovun TrendLife-a verdiyi məlumata görə, film üçün o qədər böyük məbləğ tələb olunmur, sadəcə vəsait ayıran yoxdur. Rejissor bildirdi ki, filmin çəkilməsi üçün prodüser mərkəzləri də maraqlı ola bilər. Amma həmin prodüser mərkəzləri də ondan çox sayda sənədlər tələb edir: "Çox sayda sənəd istəyirlər, bu yorucu proseslərdən sonra da hələ bilinmir, filmin çəkilişinə başlanacaq, ya yox".

Ssenariyə gəlincə, öyrəndik ki, filmdə Səttar Bəhlulzadənin həyatı olduğu kimi əksini tapacaq. Hətta şəxsi həyatıyla bağlı maraqlı məqamlar - həmkarı Maral Rəhmanzadə ilə yaşadığı sevgi, görüşlər, sonradan ayrılma səbəbləri və s. lentə alınacaq. Rəssamın obrazını yaradacaq aktyor da tapılıb. Ə.Muradov həmin aktyorun azərbaycanlı olmadığın bildirdi:

"Səttarın xarici görünüşünə uyğun Azərbaycanda aktyor yoxdur. Mən həmin obrazı yaratmaq üçün Hindistan aktyoru ilə danışmışam".

Xəbər lenti

Xəbər lenti