...

"Mütəfəkkir" tikinti şirkətinin rəhbəri həbsxananın xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib

Cəmiyyət Materials 19 Noyabr 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Mütəfəkkir" tikinti şirkətinin rəhbəri bazar günü həbsxananın xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.

Bu il avqustun 28-də Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" şirkətinin inşa etdiyi on beş mərtəbəli yaşayış binasının uçması nəticəsində, 25 nəfər həlak olub, beş nəfər isə, xəsaarət alıb. Şirkətin rəhbəri Əli Muradov bu hadisədən sonra həbs edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindən bazar ertəsi Trend - ə bildirilib ki, Muradov xəstəliyi ilə əlaqədar saxlandığı 1 saylı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə köçürülüb. Təyin olunan müalicə kursunu keçsə də, Muradovun həyatını xilas etmək mümkün olmayib.

Muradov Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan, özbaşına bina tikmə maddələri ilə təqsirləndirilərək, həbs olunub. Onunla birgə, şirkətin mühəndisi Əsgər Əliyev və iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov da həbs ediliblər.

Muradovun vəkili onun səhhətinin ağır olmasını nəzərə alaraq, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi bir neçə gün əvvəl bu məsələyə baxıb və şikayəti təmin etməyib.

Xəbər lenti

Xəbər lenti