...

Azərbaycanın ədliyyə naziri Macarıstana gedib

Cəmiyyət Materials 22 Noyabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Bu gün Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Macarıstana iki günlük səfərə gedib. Bu barədə cümə axşamı Trend ə, Budapeştdən telefonla Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində, nazir bir neçə görüş keçirəcək, o cümlədən, Azərbaycanla Macarıstanın ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandumun imzalanacağı gözlənilir.

Sənəd ədliyyə və məhkəmə orqanları arasında təcrübə mübadiləsi, qanunvericilik üzrə layihələrin hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Məmmədovun Macarıstana səfəri iyunun 6-8-nə planlaşdırılırdı, lakin macar nazir tutduğu vəzifədən azad edildiyindən, səfər qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti