...

Azərbaycan voleybolçusu İnessa Qorxmaz Türkiyə çempionatında debüt edir

Cəmiyyət Materials 22 Noyabr 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Ötən mövsümü İtaliya "A" seriyasında keçirən Azərbaycan voleybolçusu İnessa Qorxmaz Türkiyəyə qayıdıb. Trend in verdiyi məlumata görə, Belçika və Lüksemburqda keçirilən Avropa çempionatında çıxıış edən yığmanın veteranı çempionlar liqasının qrup mərhələsində "AzərReyl"ə qarşı dəfələrlə oynayn "Əczaçıbaşı" klubu ilə müqavilə imzalayıb. Lakin bu dəfə komandaların yolları ayrılıb, indi dəmiryolçuların rəqibi "Fənərbaxça" olacaq. Qorxmaz "AzərReyl"ə qayıtmağın əleyhinə deyildi, lakin komandanın məşqçi heyəti olnun xidmətində maraqlı olmayıb.

Belə olan halda, İnessa artıq beynəlxalq karyerasını başa vurub və onun sonuncu iştirak etdiyi nüfzlu yarış Avro-2007 olub. Burada komanda imkanlarından aşağı səviyyədə iştirak edbi və yalnız bir qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti