...

Bu il Azərbaycan idmançıları tərəfindən qazanılan medalların sayı 400-ə çata bilər – nazir (video)

Cəmiyyət Materials 23 Noyabr 2007 12:10 (UTC +04:00)
Bu  il  Azərbaycan   idmançıları   tərəfindən   qazanılan   medalların   sayı  400-ə çata  bilər  –  nazir  (video)

Azərbaycan , Bakı / Trend , müxbir Z.Səfərov / " Cari ilin sonuna qədər bu il Azərbaycan atletləri tərəfindən qazanılan medalların sayı 400-ə çata bilər ". Bu barədə cümə axşamı mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib .

Nazir qeyd edib ki , son illər ərzində bu göstərici əhəmiyyətli dərəcədə artıb . " Təkcə olimpiya idman növlərində idmançılarımız 182 medal qazanıblar . Belə ki , bu medalların əksəriyyəti yeni nəsil atletlərinin payına düüşür . Ötən illərlə müqayisədə qazanılan medalların miqdarı əhəmiyyətli dərəcədə artıb " - deyə Rəhimov əlavə edib .

O həmçinin , qeyd edib ki , ilin sonuna qədər hələ beynəlxalq yarışlar var və bu yarışlarda idmançılarımız öz medal hesablarını artıra bilərlər .

Xəbər lenti

Xəbər lenti