...

Azərbaycanın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi dövlət orqanları və QHT-i qadınlara qarşı zorakılqla mübarizə aparmağa çağırıb

Cəmiyyət Materials 23 Noyabr 2007 14:25 (UTC +04:00)
Azərbaycanın  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi dövlət orqanları və QHT-i qadınlara qarşı zorakılqla mübarizə aparmağa çağırıb

Azərbaycan, Bakı/ Trend , müxbir K. Ramazanova/ Azərbaycanın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlət orqanları və QHT-i qadınlara qarşı zorakılqla mübarizədə sıx əməkdaşlıq etməyə çağırıb.

"Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin əsasıdır, bu səbədən də, onlar bizimlə əməklaşlıq edərlərsə və bizi dəstəkləyərlərsə, bu, yaxşı nəticələr verə bilər" - deyə Hüseynova cümə günü Bakıda "Qadınlara qarşı zorakılığa yox deyək" konfransında bildirib.

Hüseynovanın sözlərinə görə, problemlər bir çox qadınların öz hüquqlarını bilməməsindən yaranır. "Buna görə də marifləndirmə işlərinə məktəblərdən başlamaq lazımdır, uşaqlar zorakılıq problemələrindən xəbərdar olmalıdırlar" - deyə Hüseynova qeyd edib.

Azərbaycan qadınlarının trafikinqinə gəlincə isə, Hüseynova qeyd edib ki, bu da hüquqları bilməməkdən irəli gəlir.

"Qadınlar hazırda ölkədə gedən inkişaf prosesinə qatılmalıdırlar. Biz hər bir qadınla işləməliyik ki, onlar öz hüquqlarını bilsinlər", - deyə Hüseynova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti