...

Görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyi "Muğam" teatrında qeyd olunacaq

Cəmiyyət Materials 24 Noyabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Artıq xəbər verdiyimiz kimi, gələn il Qara Qarayevin yubileyi qeyd olunacaq. Bu tarix rəsmi elan olunmasa da, bununla bağlı nəinki Azərbaycanda, hətta bütün dünyada bir sıra tədbirlər keçiriləcək. Bəzi tədbirlər isə artıq başlayıb. Belə ki, dekabr ayının ortalarında "Muğam" teatrında bəstəkara həsr olunmuş konsert təşkil olunacaq. Bu haqda TrendLife-a teatrın direktoru Arif Qazıyev xəbər verib. Bundan əlavə, noyabrın 29-da adıçəkilən teatrın səhnəsində Oqtay Ağayevə də həsr olunmuş tədbir keçiriləcək. Konsert proqramında Oqtay Ağayevin dostlarının da çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti