...

"Dost" filmi beşinci dəfə beynəlxalq mükafata layiq görülüb

Cəmiyyət Materials 28 Noyabr 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Rejissor Lalə Axundovanın çəkdiyi "Dost" filmi beşinci dəfə beynəlxalq mükafatla təltif edilib. Lalə Axundovanın TrendLife-a verdiyi məlumata görə, San-Fransiskoda keçirilən qısametrajlı film festivalında onun işi xüsusi dəyərləndirilib. Onun sözlərinə görə, bu mükafat festivalın qran-prisi hesab edilir. Xatırladaq ki, "Dost" filmində balaca oğlanla atın dostluğundan bəhs edilir. Həmin film 2006-cı ildə çəkilib.

Xəbər lenti

Xəbər lenti