Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan UEFA-nın əmsallar cədvəlində 42-ci yerdə gedir. Açıqlanan məlumata görə, ölkəmiz siyahıda Albaniya, Ermənistan, Qazaxıstan, Şimali İrlandiya, Uels, Farer adaları, Lüksemburq, Malta, Andorra, Çernoqoriya və San-Marinonu qabaqlayır. Nəzərə almaq lazımdır ki, rəqiblər cədvəldə Azərbaycanı qabaqlamaq şansını artıq itiriblər, belə ki, onlar Avropa kuboklarındakı təmsilçilərini itiriblər. Bu həm də artıq mübarizədən kənarda qalan ölkə təmsilçilərinə, xüsusilə Çempionlar liqası oyununda debüt edən "Xəzər", həmçinin UEFA kubokunda çıxış edən və birinci mərhələdən o tərəfə keçə bilməyən "Neftçi" və "MKT-Araz"a da aiddir.
Eyni zamanda qiymətləndirmə siyahısında liderliyi İspaniya qoruyub saxlayır, onun ardınca isə İngiltərə və İtaliya qərarlaşıb.