...

Ermənilər özlərini Dağlıq Qarabağın vətəndaşı kimi təqdim etdilər

Cəmiyyət Materials 29 Noyabr 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /müx. TrendLife Günel Əhmədova/

Gələn ilin ilk aylarında Cənubi Qafqazı əhatə edən "Mən insanam" adlı kino- festival keçiriləcək. Festivalın təşkilat komitəsində təmsil olunmaq iddiasında çıxış edən bir neçə erməni vətəndaşı özünü Dağlıq Qarabağın vətəndaşı kimi təqdim edib. Festivalın təşkilatçısı Henrix Bella Fondu və Cənubi Qafqaz Fondunun yaydığı məlumatda adları qeyd olunanlar David Karabekyan, Tiqran Qabrielyan, Aşot Beqlaryan və Culietta Arustamyandır.

Məlumatda daha sonra bildirilir ki, "Mən insanam" festivalına Azərbaycandan Mingəçevir Resurs Mərkəzi, Dağlıq Qarabağın "Harmoniya", "Gənc Demokratlar, "Dempros" erməni təşkilatları və başqa qurumlar dəstək göstəriblər. Təşkilat komitəsinə cənubi osetiyalı Alan Parastaev, türkiyəli Nursun Erelin adları daxildir. Azərbaycanı sözügedən festivalda Firudin Allahverdi, Ələkbər Əliyev, Çingiz Hüseynov, Xamis Məsimov təmsil edəcəklər.

Əlavə edək ki, 25 ən yaxşı filmin iştirak hüququ qazanacağı festival müxtəlif ölkələrdə keçiriləcək. Təşkilatçıların KİV -ə açıqlamasında bildirilir ki, festivala Cənubi Qafqaz ölkələrinin aktual mövzuda çəkdiyi filmləri qəbul olunur. Məlumatda daha sonra qeyd olunub ki, festivalın məqsədi dünyanın bir olmasını və kinonun sərhəd tanımamasını göstərməkdən ibarətdir. filmlərin nümayişindən sonra müzakirələr aparılacaq.

Qeyd edək ki, festivalda əlavə müsabiqənin keçirilməsi nəzərdə tutulmayıb. Münsiflər heyətində Almaniya, Çexiya, Cənubi Qafqazın kinematoqrafçıları təmsil olunacaqlar. Festivalın rəhbərliyi dəvət aldığı hər bir ölkədə layihəni keçirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti