...

Azərbaycanın futbol üzrə yığması Trabzonda dostluq görüşləri keçirəcək

Cəmiyyət Materials 30 Noyabr 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın gənclərdən ibarət futbol yığması Türkiyə yığması ilə dostluq görüşü keçirilməsini planlaşdırır.

AFFA-dan Trend ə verilən məlumata görə, dekabrın əvvəlində yığma Trabzona yollanacaq və burada meydan sahibləri ilə dekabrın 6 və 8-də görüşlər keçirəcək. Türkiyənin gənclərdən ibarət yığması Avropa arenasında aparıcı yığmalardan biridir və bu yığma ilə görüş Azərbaycan futbolçuları üçün hər cəhətdən faydalı olacaq. Yığmanın Avropa çempionatının seçmə mərhələsində və digər beynəlxalq turnirlərdə keçirəcəyi görüşlər ərəfəsində bu, xüsusilə əhəmiyyətlidir.

Türkiyəyə 18 futbolçu, o cümlədən də "Xəzər"in yarımmüdafiəçisi Rahid Əmirquliyev və Maksim Medvedyev gedəcək.

Xəbər lenti

Xəbər lenti