...

Bakıda "Alüminium" adlı müasir incəsənət sərgisi açılacaq

Cəmiyyət Materials 3 Dekabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün Şirvanşahlar Sarayında "Alüminium" və "Yuxuların həqiqəti" adlı müasir incəsənət sərgisinin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, hava şəraitinin pis olmasına baxmayaraq, tədbir saat 16:00-da keçiriləcək. "Bakı" adlı daha bir sərgi isə bu gün saat 18:00-da açılacaq. Xatırladaq ki, sərgilərin təşkilatçıları Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Azərbaycan Rəssmalar İttifaqıdır.

Xəbər lenti

Xəbər lenti