...

Azərbaycandan üç finalçı olması yaxşı göstəricidir-xalq artsti Xuraman Qasımova

Cəmiyyət Materials 4 Dekabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Vokalçıların "Bülbül" adına Beynəlxalq müsabiqəsində bu gün üçüncü tur başlayır. Bu turda 14 nəfər iştirak edəcək. Xatırladaq ki, onlardan üçü azərbaycanlıdır. Qeyd edək ki, müsabiqədə ölkəmizi 15 nəfər təmsil edirdi. Belə olan halda, finalda 3 nəfərlə təmsil olunmaq az deyilmi? TrendLife bu sualla xalq artisti Xuraman Qasımovaya müraciət edib.

"Mən çox fəxr edirəm ki, finala qalan iştirakçıların ikisi mənim tələbəmdir. Hesab edirəm ki, müsabiqədə 15 nəfərlə iştirak etmək çox idi. Amma indi azad seçimdir, kim istəsə, ərizə ilə müraciət edə bilər. O ki qaldı Azərbaycandan üç nəfərin finala keçməsinə, bu çox gözəl göstəricidir"-deyə Qasımova bildirib.

Xəbər lenti

Xəbər lenti