...

Müğənni Cavid Hüseyn Aygün Kazımova ilə duet oxuyacaq

Cəmiyyət Materials 4 Dekabr 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Müğənni Cavid Hüseynin "Jalə" mahnısına çəkdirdiyi klip artıq başa çatıb. Bu haqda TrendLife-a Hüseyn məlumat verib. Onun sözlərinə görə, "ETA production" prodüser mərəkəzinin köməyi ilə çəkilən klipin rejissoru Marat adlı gəncdir. "Mahnının sözləri Məhəbbət xanıma, musiqisi Sevinc Ağasıyevaya aiddir. Bundan əlavə, Aygün Kazımova ilə duet oxumağı düşünürük. Duet oxuyacağımız mahnı "Sən və mən" adlanır. Bu mahnının da müəllifləri də həmin xanımlardır. Hazırda ən çox çalışdığım bəstəkarlar Sevinc Ağasıyeva və Gövhər Həsənzadədir"-deyə müsahibimiz bildirib. Hüseynin sözlərinə görə, o, "ETA production" prodüser mərkəzinin dəstəyilə Londona qastrol səfərinə hazırlaşır: "Bu səfərə müğənni İlahə Fəda və rəqqasə Məryəm Süleymanova ilə birgə gedəcəyik. Qastrol dekabrın 26-dan 30-dək nəzərdə tutulub".

Xəbər lenti

Xəbər lenti