...

Qubada aşkarlanan kütləvi insan məzarlığında aparılan arxeoloji qazıntılar dayandırılıb

Cəmiyyət Materials 5 Dekabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Xaçmaz / Trend müxbir A.Qafarov/ Quba rayonu ərazisində aşkarlanan kütləvi insan məzarlığı ilə bağlı aparılan arxeoloji qazıntılar dayandırılıb. "Qeyri-sabit hava şəraiti və yağışların intensiv yağması ilə əlaqədar Qubadakı kütləvi insan məzarlığındakı arxeoloji qazıntılar dayandırılıb" çərşənbə günü Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupunun rəhbəri Qəhrəman Ağayev bildirib.

Aprelin əvvəllərində paytaxt Bakıdan 170 kilometr şimalda yerləşən Qubada stadion tikintisinə başlayarkən kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra dərhal ekspedisiya qrupu yaradılıb və arxeoloji qazıntılar aparılır. Hadisə yerində olan tarixçi və arxeoloqlar kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqrımı nəticəsində yarandığını müəyyənləşdiriblər. İndiyədək tədqiqat zolağında 2 arxda qazıntılar aparılıb və 160-dan artıq insanın sümükləri aşkarlanıb.

Ağayev deyib ki, növbəti arxeoloji qazıntılar gələn ilin yaz aylarında başlanılacaq. Onun sözlərinə görə, kütləvi insan məzarlığına kənar təsirlərin qarşısının alınması üçün təhlükəsizlik və mühafizə xidməti gücləndirilib.

Xəbər lenti

Xəbər lenti