...

Muğam haqqında film çəkiləcək

Cəmiyyət Materials 6 Dekabr 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /müx. TrendLife Günel Əhmədova/

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Azərbaycan muğamı haqqında film çəkiləcək. Hazırda filmin ssenarisi hazırlanır. Yaxın günlərdə çəkilişlərə başlanacaq. Birliyin direktoru Vüqar Tapdıqlının TrendLife-a bildirdiyinə görə, filmdə muğamın tarixindən tutmuş, fəlsəfəsinə qədər bəhs olunacaq: "Film muğamın yaranması, tarixi, fəlsəfəsi, ahəngi, harmoniyası haqqındadır. İki qoldan ibarət olan filmin birinci hissəsində tədqiqat xarakterli araşdırmalar, ikinci hissəsində isə muğam ustadlarının ifasında muğamlar təqdim olunacaq".

Muğama həsr olunmuş ekran işində H.Əliyev adına Fondla Dövlət Televiziyasının birgə layihəsi olan "Muğam müsabiqəsi" ilə bağlı aparılan müşahidələrin yer alması da nəzərdə tutulub. Qeyd edək ki, filmin ssenari müəllifi Dilarə Quliyeva, rejissoru Cavanşir Mehdidir.

Xəbər lenti

Xəbər lenti