...

Yelena Parxomenko və Lidiya Maksimenko Çempionlar Liqasının bütün qrup mərhələsini buraxa bilərlər

Cəmiyyət Materials 8 Dekabr 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "AzərReyl" klubunun aparıcı voleybolçuları Yelena Parxomenko və Lidiya Maksimenko komandaya növbəti ildən tez olmayaraq kömək edə bilməyəcəklər. Milli Federasiyadan Trend ə verilən məlumata görə, müvafiq olaraq çiyin zədəsi və xaçvari bağların qırılmasından Türkiyədə əməliyyat olunan voleybolçular Çempionlar Liqasının qrup mərhələsinin son oyunlarında iştirak edə biləcəklər. Bu, voleybolçuların zədədən sonra öz formalarını necə bərpa edəcəklərindən asılıdır. Artıq Avrokubok qızğın mərhələsindədir və "AzərReyl" iki oyun keçirib. Səfərdə Odinçovodan olan "Zareçye"yə uduzan (2:3) həmyerlilərimiz doğma divarlar arasında "Fenerbahçe"yə 3:2 hesabı ilə qalib gəlib. Analıq məzuniyyətindən təzə qayıdan Oksana Məmmədyarova da komandaya kömək edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti