...

Ombudsman həbs olunan jurnalistlerlə bağlı prezident yanında əfv komissiyasına müraciət edib (video)

Cəmiyyət Materials 9 Dekabr 2007 20:35 (UTC +04:00)
Ombudsman həbs olunan jurnalistlerlə bağlı prezident yanında əfv komissiyasına müraciət edib (video)

Azərbaycanın, Bakı müxbir Trend K.Zərbalıyeva Ombudsman jurnalistlerə həbs cəzası əvəzinə alternativ cəzaların tədbiq edilməsi daha məqsədə uyğun hesab edir. Bazar günü jurnalistlərə müsahibə verən Elmira Suleymanova bildirib ki, həbs olunan jurnalistlərin ayrı ayrılıqda baxılması yalnız törətdikləri əmələ görə onların cazalandırılması üçün prezident yanında əfv komissiyasına müraciət edib. Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onlardan 8 məhkəmənin hökmü ilə məhküm olunub, 1 barəsində isə həbs qəti imkan tədbiri seçilib. Məhkum olunan jurnalistlərin əkssəriyyəti təhqir və böhtan cinayətlərində ittiham olunurlar. Ombudsman Azərbaycanda 9 jurnalistin həbs olunmasını müsbət dəyərləndirməyib və bunun arzu olunmaz hal hesab edib. O hesab edir ki, bu problemin yaranmasında hakimyyət ilə bərabər jurnalistlər özləri də məsuliyyət daşıyır. Jurnalistlər özləri ədalətli olmalı, ədalətə söykənməlidirlər.

Eyni zamanda dövlətdə söz azadlığının müdafıiəsini təmin olunması üçün tədbir olmalıdır, - deyə ombudsman vurğulayıb. Ombudsman həbs olunanların probleminin nəzarətdə saxlandığını onlarla mütamadi görüşdüklərini, saxlama şəraitilə tanış olduğunu deyib. Azərbaycan həbsxanalarında olan jurnalistlərin əfv olunması üçün həmin jurnalistlər özləri həm ailələri, həm hüquq müdafiə təşkilatları prezidentə müraciət edib. Əfv komissiasının üzvlərinin verdiyi məlumata görə 31 dekabr - ümumdünya azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə prezidentin imzalayacağı əfv fərmanı həbs olunan jurnalistlərə də şamil oluna bilər.

Xəbər lenti

Xəbər lenti