Azərbaycan, Bakı, 11 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/
Gələn il Bakıda beynəlxalq səviyyədə bir neçə geniş tədbir keçiriləcək. Belə tədbirlərdən biri Avropanın mədəniyyət günlərinin paytaxtımızda açılış mərasimi olacaq. Bu haqda TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazirin sözlərinə görə, hazırda həmin festivalın təşkilat komitəsi yaradılır.