...

Müğənni Vasif Məhərrəmli şayiəni təkzib edir

Cəmiyyət Materials 11 Dekabr 2007 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Müğənni Vasif Məhərrəmli "Bakılı qız" klipindən sonra yaddaşlarda qaldı., pərəstişkarlarının sayı isə çoxaldı. Qeyd etmək lazımdır ki, hər bir insan azca tanın kimi onun şəxsi həyatı barədə müxtəlif şayiələr danışılır. Məhərrəmli haqqında da həmçinin. TrendLife müğənni ilə görüşərək, ona bəzi suallar ünvanlayıb.

-Vasif, yaradıcılığınız və həyatınızla bağlı hansı yeniliklər var?

-Məndə hər şey əvvəlki kimidir. Bilirəm bu sualı niyə verdiniz. Bu yaxınlarda belə bir şayiə gəzirdi ki, mən ikinci dəfə nişanlanmışam. İnanın ki, yalandır. O ki qaldı yaradıcılığıma, hansısa yenilik ola bilərdi, maneə olmasaydı.

-Bildiyimizə görə, siz filmdə çəkilməliydiniz. Bu iş nə yerdədir?

- Mən maneə deyəndə, elə onu nəzərdə tuturdum. Çəkblişlər yayda aparılmalı idi. Sadəcə, madii vəsaitin olmaması bunu gerçəkləşdirməyə imkan vermədi.

-Bəs yeni klipiniz niyə yoxdur?

-Sizə bir sirr açım. Biz çəkiləcək film əsasında bir neçə klip hazırlamaq istəyirdik. İnanıram ki, bu çəklişlər baş tutacaq. Gələn ilin yaz aylarında prodüser Asif Kərimovla tamaşaçılara yeni klip təqdim edəcəyik.

-Bəs, yeni diskiniz nə vaxt işıq üzü görəcək?

-Sonuncu diskimi üç il bundan əvvəl buraxdırmışam. Disk buraxdırmaq problem deyil, amma onunla qazanc əldə etmək olmur. Əlbəttə, disk buraxdırmaq da vacibdir, lakin hələlik 2008-ci ildə yalnız yeni klipim işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti