...

İspaniya şəhərində olmaq istəyirəm -müğənni Zamiq

Cəmiyyət Materials 19 Dekabr 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /müx. TrendLife Cavid Osmanov/

Müğənni Zamiq Azərbaycanda səsindən çox geyimi ilə məşhurdur. TrendLife müxbiri müğənninin həmişə belə formada qalmasının səbəbini soruşdu.

-Mən həmişə yaxşı görünməliyəm. Formada qalmağım üçün hər zaman idmanla məşğul oluram. Vaxtım olan kimi üzgüçülüklə məşğul oluram.

-Əgər imkan və bir gün boş vaxtınız olsaydı nə edərdiniz?

-Yəqin ki, dostlarımla təyyarəyə minib, xaricə gedərdim. İspaniya şəhərində olmaq arzusundayam. Barselonaya getmək istərdim. Bunun hamısını həyata keçirmək üçün çoxlu pul və vaxt lazımdır.

Bunlar hamısı çox yaxşı arzulardır. Lakin səyahətə çıxmazdan əvvəl coğrafiyanı öyrənmək lazımdır ki, xaricə gedəndə İngiltərə, Niderland, İspaniya adlı şəhəri axtarmayasan.

Xəbər lenti

Xəbər lenti