...

Şəhriyar adına Mədəniyyət Sarayının bağlanacağı barədə yayılan xəbərlər doğru deyil – Gövhər Həsənzadə

Cəmiyyət Materials 25 Dekabr 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /müx. TrendLife Günel Əhmədova/

Şəhriyar adına Mədəniyyət Sarayı hələ ki fəaliyyətini davam etdirir. Burada fəaliyyət göstərən teatr və yaradıcılıq kollektivlərini gələn ilin əvvəlinədək binanı tərk etmək təhləkəsi gözləmir. Mədəniyyət ocağının direktoru Gövhər Həsənzadə TrendLife-ın müxbiri ilə söhbətində konsert məkanının bağlanacağı barədə yayılan xəbərləri təkzib etdi. O, Bakı Şəhər İcra Hakimiyyətində bu məsələnin dəqiqləşdirildiyini bildirib. Direktor həmçinin əlavə etdi ki, gələn ilin əvvəlində binada təmir işlərinin aparılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti