...

"Elit toylar kralı" Elarizdir- Azərbaycanın Xalq artisti Ağadadaş Ağayev

Cəmiyyət Materials 28 Dekabr 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr/müx. TrendLife Şahin Cavadsoy

İllərdən bəri "Elit toylar kralı" titulu ilə özünə rəqib axtaran müğənni Elariz Məmmədoğludan xəbərimiz var. Özü də nə yaradıcılığındandır, nə də yeni mahnısından. Məşədi İbad demiş: "həna başqa hənadır". Yəni, söhbət yenə də titullardan, kateqoriyalardan gedəcək. Xəbər ondan ibarətdir ki, Elarizin titulunun layiqli olmasını, xalq artisti Ağadadaş Ağayev də normal qəbul edir: "Bəli, elit toylar kralı Elarizdlir. İnanın, səmimiyətimlə söyləyirəm. Niyə də Elariz bu adı daşımasın?. Şəxsən mən onun toy aparmasını çox bəyənirəm".

TrendLife-a verdiyi açıqlamasında Ağayev şou-gündəmində müzakirə edilən birincilik iddialarından da danışdı: "Fikrimi çox qısa deyəcəyəm. Nə qədər ki, şou-biznes haqda Qanun qüvvəyə minməycək ,o qədər də bu cür hərc-mərclik davam edəcək. Bircə, əsl sənətkarlarımızın Azərbaycan musiqisini ucalarda tutması məni sevindirir. Nə yaxşı ki, hələ də zövqlü müğənnilərimiz var".

Xəbər lenti

Xəbər lenti