...

Cibi boş istedadlı müğənnilərdən olmaq istəmirəm-Qırğızıstanın əməkdar artisti Aslan

Cəmiyyət Materials 28 Dekabr 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Bir neçə il öncə Qırğızıstandan Azərbaycana gələrək, şou-biznesə qatılan müğənni Aslan hazırda yaradıcılıq çətinlikləri yaşayır. Bu haqda TrendLife-a müğənni özü danışıb. "Yenilik etmək çox çətindir. Sadəcə, mahnılar üzərində işləyirəm. Bu yaxınlarda sözləri Sevinc Tofiqqızına, musiqisi Xanım İsmayılqızına aid yeni lirik mahnı yazdırmışam. Onu da deyim ki, repertuarımda lirik mahnılara bir o qədər də yer ayırmıram. Necə deyərlər, repertuarda nə qədər çox lirik mahnı olsa, cibdə bir o qədər az pul olar. Pul az olanda isə, "mən sənətkaram" deməyə ehtiyac qalmır. İstəmirəm cibi boş istedadlı müğənnilərdən olum".

Yeni il çəklişlərinə gəldikdə isə, müğənni Qırğızıstan Televiziyasında Yeni ili qeyd edəcəyini söylədi:

"Baxmayaraq ki, artıq beş ildir orda yaşamıram, onlar hələ də məni unutmayıblar. Mən Qırğızıstan TV-də yeni ilə hazırlanan proqramlara çəkilirəm. Daha sonra isə, Özbəkistanın Mədəniyyət Mərəkzində keçirilən musiqili festivalda iştirak edəcəyəm. Həmin festivalda özbək dilində Azərbaycan mahnısı ifa edəcəyəm".

Xəbər lenti

Xəbər lenti