...

Bəstəkar Aygün Səmədzadə nə vaxt desə, evlənərəm – müğənni Ayaz Qasımov

Cəmiyyət Materials 30 Dekabr 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr/müx. TrendLife Şahin Cavadsoy

Xəbəriniz olsun ki, "Peşmanam" hiti ilə pərəstişkarlarının sayını artırmağa müvəffəq olan "Azər Star" müsabiqəsinin qaliblərindən biri Ayaz Qasımov da evlənmək istəyir. Amma bütün məsuliyyəti bəstəkar Aygün Səmədzadənin üzərinə yıxmaq şərti ilə. TrendLife-a danışan gənc müğənni, görün özünə necə haqq qazandırır: "Yaradıcılığıma az-çox bələd olanlar bilir ki, solo karyeramı qurmağa başlayan anlarda, məhz "Toy" adlı mahnını oxuyub, klip çəkdirmişdim. Həmin vaxtdan iki ilə yaxın vaxt keçsə də, tamaşaçılar hansı məclisdə oluramsa, "Toy" mahnısını oxumağımı tələb edirlər. Deyəsən, toylarda bu bəstəni ifa etməyim, gələn il məni mütləq bəy kürsüsündə də oturdacaq. Bir haşiyəyə çıxıb demək istəyirəm ki, şəxsiyyətinə hörmət etdiyim bəstəkar Aygün xanım Səmədzadə bu işdə ən böyük yardımçım olacaq. Bildirim ki, Aygün xanımın "Peşmanam" bəstəsi mənə çox uğur gətirib. Ona görə də sevimli bəstəkarıma çox minnətdaram. Aygün xanım desə ki, Ayaz evlənmək vaxtıdır, mən də gözüyumlu onunla razılaşaram".

Xəbər lenti

Xəbər lenti