...

Estrada ulduzları Şurikin maşınında Xankəndinə səfər edəcəklər

Cəmiyyət Materials 30 Dekabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /müx. TrendLife Günel Əhmədova/

Yeni il gecəsi ANS TV tamaşaçılarını bir-birindən maraqlı layihələrlə sevindirəcək. Telekanal əməkdaşlarının TrendLife-a verdiyi məlumatına görə, yanvarın 31-də efirdə "İvan Vasilyeviç peşəsini dəyişir" filmi əsasında "Şurikin yeni macəraları" adlı proqram nümayiş etdiriləcək. Anonslardan gördüyümüz kimi, filmdə maşını ixtira edən Şurik təsadüfən Azərbaycan estrada ulduzlarının yeni il şənliyinə düşür. Xəbərdə bildirilir ki, burada ulduzlar Şurikdən onları müxtəlif zamanlara səyahətə aparmasını xahiş edirlər. Beləliklə, onlar zaman maşını ilə müxtəlif illərə səyahət edir və tanınmış tarixi şəxsiyyətlərin rollarında çıxış edirlər. Məlum olur ki, sonda onlar 2070-ci ilə səyahət edirlər və Xankəndində, Azərbaycanın ərazi bütövlüyü əks olunan xəritə önündə xorla mahnı ifa edirlər.

ANS əməkdaşlarının əlavəsinə görə, növbəti "Söylə yadındamı?" adlı layihə isə yeni ilin ilk günü, yanvarın 1-də efirə çıxacaq. Gülnarə Məmmədovanın aparıcılığı ilə tamaşaçılara təqdim olunacaq bayram proqramında Azərbaycan estradasının tanınmış müğənniləri retro mahnıları ifa edəcəklər.

Onu da əlavə edək ki, maraqlı bayram proqramları təqdim edəcək tele-kanallardan biri də İctimai Televiziyadır. Teleşirkətin bayram proqramı uzaq bölgələrdən birində çəkilib və burada müğənni və aktyorlar müxtəlif obrazlarda çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti