...

Yeni tərkibli işçi qrupu KİV-ə dövlət yardımı Konsepsiyası hazırlayır

Cəmiyyət Materials 7 Yanvar 2008 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası" layihəsinin hazırlanması üçün yeni tərkibdə işçi qrupu yaradılıb və işin yanvarın ortalarınadək yekunlaşması nəzərdə tutulur. Bu barədə bazar ertəsi Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Konsepsiyanın hazırlanması üçün ötən ilin sonlarında Mətbuat Şurası üzvlərindən ibarət işçi qrupu yaradılmışdı. Amaşov bildirib ki, bu il yanvarın əvvəlində yeni tərkibdə işçi qrupu yaradılmasına qərar verilib və bura Prezident Aparatı nümayəndələri və müstəqil ekspertlər də daxil edilib.

İşçi qrupu son təkliflərini yanvarın 10-da keçiriləcək iclasında müzakirəyə çıxaracaq və ən aktual təkliflər yekun sənədə daxil ediləcək. Sonda sənəd Prezident Aparatına təqdim olunacaq.

Amaşov əlavə edib ki, Konsepsiyada mətbuata dövlət dəstəyinin prinsipləri, forma və sahələri, KİV-in inkişafının təmin olunmasının vasitələri, maliyyələşmənin şərtləri və şəffaflığın təminatı və digər mühüm məqamlar əksini tapıb. Sənəddə KİV-ə qrantların ayrılması, uzunmüddətli və güzəştli kredit verilməsi, sosial reklam və rəsmi qurumların elanlarının mərkəzləşdirilmiş qaydada KİV-ə paylanması kimi təkliflər var.

Xəbər lenti

Xəbər lenti