...

"Neftçi" yoxdama oyunlarını Türkiyə və İspaniyada keçirəcək

Cəmiyyət Materials 11 Yanvar 2008 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir Z.Səfərov / "Neftçi" futbol klubu Azərbaycan çempionatının ikinci dövrəsinə hazırlıq oyunlarının birinci mərhələsini Türkiyədə keçirəcək.

Komandanın vitse-prezidenti Ramin Musayevin Trend ə verdiyi məlumata görə, komanda yanvarın 11-də Bosforun sahilində olacaq. Orada birinciliyin ikinci dövrəsinin uğurlu oyunlarının bazası yaradılacaq.

İlin əvvəlində ukraynalı mütəxəssis Anatoli Demyanenkonun başcılıq etdiyi kollektiv bir neçə yoxlama oyunu keçirdikdən sonra, Bakıya dönəcək.

Bu arada, "Neftçi" çempionata hazırlığın ikinci mərhələsini İspaniyada keçirəcək. İspaniyada yeni oyunçuların yoxlanılması və bir neçə oyunun keçirilməsi gözlənilir. Xatırladaq ki, çempionatın birinci dövriyyəsinin nəticəsinə əsasən, "Neftçi" komandası "Olimpik" komandasından altı bal geridədir.

Xəbər lenti

Xəbər lenti