...

Məhkəmədə ifadə verən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid özünü təqsirli bilmir

Cəmiyyət Materials 15 Yanvar 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı 15 yanvar / Trend , müxbir E.Cavadova/ "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və vətəndaş Vüsal Həsənovun məhkəməsi çərşənbə axşamı Yasamal rayon məhkəməsində davam etdirilib.

Hər iki təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən, onlar ötən il noyabrın 8-də "Azərbaycan" nəşriyatının qarşısında dalaşaraq, bir-birilərinə qarşılıqlı xəsarətlər yetiriblər.

Məhkəmədə ifadə verən Zahid ittiham üzrə özünü təqsirli bilməyib və ittihamı "böhtan" adlandırıb.

Məhkəmədə ifadə verən Həsənov isə bildirib ki, noyabrın 8-də tanışı Sevgiladə Quliyevanı Nəşriyyatın binasına ötürüb, özü isə idarə etdiyi maşına oturarkən, Zahidlə qadının mübahisə etdiyini görüb. Onlara yaxınlaşıb məsələni aydınlaşdırmaq istəyərkən Zahid onu döyüb.

Qeyd edək ki, məhkəmə prosesi başlayanda Zahid vəkillərindən imtina edib və növbəti məhkəmə iclaslarına gəlməkdən imtina etdiyini bildirib. Lakin sonradan fikrini dəyişib. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti