...

Ali Məhkəmə sabiq səhiyyə nazirinə bəraət vermədi

Cəmiyyət Materials 16 Yanvar 2008 13:02 (UTC +04:00)
Ali Məhkəmə sabiq səhiyyə nazirinə bəraət vermədi

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmə sabiq səhiyyə nazirinə bəraət vermədi. Çərşənbə günü Ali Məhkəmədə hakim Vidadi Həşimovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanov və nazirliyin sabiq əməkdaşlarının kassasiya şikayətinə baxılıb.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Sabiq nazir kassasiya şikayətində barəsindəki məhkəmə hökmünün ləğv olunmasını və ona bəraət verilməsini xahiş edib.

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsin qərarını qüvvədə saxlayıb. Qərara görə, Pərviz Kazımov və Fəxrəddin Abbasov barəsində mənimsəmə və ya israfetmə ittihamı üzrə daha yüngül cəza tətbiq edilərək bu ittiham üzrə hər birinin cəzası 7 ildən 5 ilə endirilib və digər ittihamlar üzrə cəzaları toplanaraq üzərlərindəki cəza 5 il 6 ay müəyyən edilib.

Təqsirləndirilən Akif Məhərrəmovun ev dustaqlığında saxlanıldığı 1 il 1 ay 23 günü həbs müddəti hesablanmaqla üzərində 7 il 6 ay 1 gün, Aleksandr Umyaşkinin ev dustaqlığında saxlanıldığı 11 ay 15 gün həbs müddətinə hesablanmaqla üzərində 1 il 11 ay 2 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Digər təqsirləndirilənlər barəsində məhkəmə hökmü dəyişdirilməyib.

İnsanovun vəkili Toğrul Babayev Trend ə bildirib ki, sabiq nazirin işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti