...

Mənim Lökbatan bazarında meyvə piştaxtam var – Azərbaycan müğənnisi Samir Cavadzadə

Cəmiyyət Materials 16 Yanvar 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /müx. TrendLife Samir Cavadzadə/

Xəbəriniz olsun ki, "Köhnə ili" əvəzolunmaz duet ortağı Röya Ayxan, o cümlədən digər həmkarları ilə restoranların birində təntənəli şəkildə qeyd edən Samir Cavadzadə bizneslə məşğul olur. Bu deyilənləri eşidəndə əvvəl biz də inanmadıq. Sən demə, müğənni Samir Lökbatanda meyvə satırmış. Heç özü də bu hərəkətinə o dərəcədə sərt münasibət bildirmədi: "Burada təəccüblü nə var ki? Mən kişiyəm və kişi daşdan da pul çıxarmağı bacarmalıdır. Qoy hamı bilsin! Mənim Lökbatan bazarında meyvə piştaxtam var. Zarafat etmədən bu sözləri pərəstişkarlarıma ünvanlayıram. Əslən Lökbatandan olduğum üçün məhəlləmizdə yerləşən bazarda uşaqlıqdan alverlə məşğul olmuşam. İndi bir az populyar olduğuma görə bazarda olan piştaxtamı kirayə vermişəm. Allah mən də daxil olmaqla, bütün ticarətçilərə bazar versin".

Xəbər lenti

Xəbər lenti