Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir Z.Səfərov / Azərbaycanın cüdo üzrə gənclərdən ibarət komandası yanvarın 27-28-də Lonatoda (İtaliya) keçiriləcək ənənəvi beynalxalq turnirdə iştirak edəcək.
Gənclər və İdman Nazirliyinin məbuat xidmətindən Trend ə verilən məlumata görə, Rəşad Məmmədov və Fərhad Məmmədovun başçılıq etdiyi komandanın tərkibində Nurlan Əliyev, Əli Rzayev, Ülvi Mərdani, Məhərrəm Məlikzadə, Asya Fatlayeva və Ülviyyə Vəliyeva yer alıblar.Turnirdə iştirakın əsas məqsədi Avropa birinciliyi və ilin vacib başlanğıc yarışları üçün idmançıların sınaqdan keçirilməsidir.
Azərbaycanın gənc cüdoçuları üçün bu turnir mövsümün ilk beynəlxalq startı olacaq.