...

Son qəpiyimi belə Elnur üçün xərcləməyə hazıram- model Günay

Cəmiyyət Materials 23 Yanvar 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Müğənnilərin sponsorlardan asılı olmaları yeni xəbər deyil. Xüsusən də xanım himayədarların kişi sənətçilərə görə, gözlərini yumub, külli miqdarda pul xərcləmələri diqqəti cəlb edir. Müğənni Elnur Məmmədovun da adı "alfons"lar sırasında hallanır. Elnur bunu dansa da, dəfələrlə kliplərində rol almış model Günay, çəkinmədən bu sirrin üstünü açmaqda özü maraqlı oldu: "Alfons sözündən acığım gəlir. Mən heç himayədar da deyiləm. Sadəcə, bir çoxlarına məlumdur, sizlər də bilin ki, mən Elnurun sənətini sevirəm. Kişi kimi də onu çox bəyənirəm. Ona görə də son qəpiyimi belə Elnur üçün xərcləməyə hazıram. Amma o biri kişi müğənnilər həvəslənib, mənimlə ünsiyyət qurmağa çalışmasınlar. Çünki Elnuru kimsəyə dəyişmək fikrim yoxdur".

Xəbər lenti

Xəbər lenti