Fransa, Paris, 23 yanvar / müxbir Trend A.Məhərrəmli/ Avropa Insan Haqları Məhkəməsinin (AIHM) sədri Jan-Pol Kosta 2008-ci ildə Azərbaycanla bağlı baxılacaq prioritet şikayətlərin ayrıca siyahısının olmadığını bildirir. O bu barədə Trend in müxbirinin sualını cavablandıraraq bildirib. "Bu suala cavab vermək çətindir. Təəssüflər olsun ki, ayrıca olaraq Azerbaycana dair 2008-ci ildə baxılacaq prioritet şikayət ərizələri haqqında fikir söyləyə bilməyəcəm. Buna baxmayaraq deyə bilərəm ki, 2007-ci ildə AIHM-si Azərbaycanla bağlı Avropa Insan Haqları Konvensiyasının 3 maddəsinin pozulması ilə əlaqədar Azərbaycana qarşı məhkəmə qərarını çıxarıb. Bundan başqa, Məhkəmə qarşısında Dağliq Qarabaq münaqişəsinə dair baxılmaq üçün şikayətlər var: həm Azərbaycandan, həm də Ermənistandan şikayət ərizələri daxil olub.