...

Öz hesabıma konsert vermək istəmirəm – Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərli

Cəmiyyət Materials 29 Yanvar 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı,29 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Müğənnilərin yeni mövsümdə konsert vermək istəkləri müzakirə mövzularından biri olub. Sponsora arxalanan bəzi sənətçilər yaxın aylarda pərəstişkarları ilə görüşməyə tələssələr də, əməkdar artist Mətanət İsgəndərli heç də bu qənaətdə deyil: "İstəmirəm özümü aldadım. Çünki, yerli şou-biznesdə birinciliyə iddialı olan sənətçilərimizin hansı yolla konsert proqramı ilə çıxış etmələri hər kəsə bəllidir. Qoy bu sözlərim həmkarlarımın xatirinə dəyməsin. Şəxsən mən -- Mətanət İsgəndərli öz hesabıma konsert vermək istəmirəm. Təşkilatçılardan çoxlu təklif alıram. Açıq deyirəm ki, onlar özlərinə sərf edən formada konsert təşkil etmək istəyirlər. Bu isə başadüşülməzdir. Nə səbəbdən şəxsi maliyyə vəsaitimi xərcləməklə, özümü aldatmalıyam? Xahiş edirəm təşkilatçılardan, məni belə layihələrə qatmasınlar".

Xəbər lenti

Xəbər lenti