...

Azərbaycanda hava şəraiti mülayimləşəcək

Cəmiyyət Materials 1 Fevral 2008 11:44 (UTC +04:00)
Azərbaycanda hava şəraiti mülayimləşəcək

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti sabahdan nisbətən mülayimləşəcək. Bu barədə cümə günü Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Yanvarın 29-dan başlayaraq Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Ölkənin əksər ərazilərində, o cümlədən paytaxt Bakı və Abşeron yarımadasında soyuq hava şəraiti sulu qar və qarın yağması ilə müşahidə olunur. Havanın temperaturu 6-8 dərəcə enib.

Tağıyeva deyib ki, şimaldan Türkiyəyə və oradan Azərbaycana gələn soyuq hava kütləsi fevralın 2-nə keçən gecə ölkə ərazisindən keçəcək. Onun sözlərinə görə, fevralın 2-dən sonra Azərbaycanın əksər ərazilərində yağmursuz hava şəraiti hökm sürəcək. Yalnız bəzi sahilyanı ərazilərdə qısa müddətli sulu qar yağacaq. Fevralın 2-dən 6-na qədər Bakı və Abşeron yarımadasında günorta müsbət 4-5 dərəcə olacaq.

Azərbaycanda yanvar ayı hava şəraiti ümumilikdə şaxtalı və anomal hava kütləsi ilə müşahidə olunub. Xüsusilə ayın ilk 15 günündə ölkə ərazisinə düşən qar 3 ayın normasına bərabər olub. Bakı və Abşeron yarımadasında gecə saatlarında qeydə alınan 8-10 dərəcə şaxta rekord göstərici olub.

Xəbər lenti

Xəbər lenti