...

Brilyant xanımı sevməmək mümkün deyil – Azərbaycanlı reper Anar Nağılbaz

Cəmiyyət Materials 1 Fevral 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı,1 fevral /müx. TrendLife Şahin Cavadsoy

İllər öncə "Mən səni sevirəm" hitini duet oxuyan əməkdar artist Brilyant Dadaşova ilə Anar Nağılbaz, yenidən bir araya gələcəklər. Bu haqda TrendlLife-a, duet təşəbbüsü ilə çıxış edən Nağılbaz məlumat verdi: "Hər ikimizin yaradıcılığını izləmiş dinləyicilərin yadında qalar ki, biz 7-8 il bundan əvvəl "Mən səni sevirəm" adlı mahnımızı onların ixtiyarına buraxmışdıq. İndi də mən yeni bir duet oxumağımıza Brilyant xanımdan razılıq almışam. Mənə belə gəlir ki, yeni duetimiz də hit -paradlarda bomba kimi partlayacaq. İfa edəcəyimiz mahnını qarşılıqsız sevgidən bəhs edəcək. Bəli, Brilyant xanımı sevməmək mümkün deyil".

Xəbər lenti

Xəbər lenti