...

Sponsorlar onlarla yatmağı təklif edirlər -müğənni Səidə Sultan

Cəmiyyət Materials 4 Fevral 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Səidə Sultan o sənətçilərdəndir ki, efirdə bir müddət görünür, sonra yoxa çıxır. Odur ki, ələ düşəndə də ona ünvanlanan suallar çoxluq təşkil edir. Müğənni TrendLife-a açıqlamasında yaradıcılığında yaranan boşluqların səbəbini açıqladı. Sənətində olan boşluqlardan danışan müğənni "Heç kimə sirr deyil ki, bu gün sənətdə olan insana dayaq, sponsor lazımdır. Arxanda adam yoxdursa, şou-biznesdə çox qalmaq mümkün deyil. Sənətçilərin böyük əksəriyyətinin sponsoru var. Ona görə klip də çəkdirirlər, "raskrutka" da edirlər. Mənim isə bu gün dayağım tək özüməm".= söylədi.

Maraqlandıq ki, Səidəyə sponsorluq təklif edən olubmu? Şou-biznesdə qlobal problem sayılan bu məsələyə aydınlıq gətirən Səidə " Açıq danışmağımı istəyirsizsə, mənə də sponsorluq təklif edənlər olub. Getmişəm, oturub danışmışam. Sonda belə bir təklif edib ki, mənimlə 5 illik müqavilə bağlamalısan. Bu müddət ərzində heç kimlə münasibətin olmamalıdır. 5 il müddətinə mənə arvadlıq etməlisən. Mən də şou-biznesdə sənə lazım olan bütün vəsaiti ödəyirəm. Axı mən belə təklifi necə qəbul edim? Gənc insanam, həyatımda hər şey qabaqdadır və buna inanıram. Belə təklifləri qəbul edən sənətçilərimiz var. Bunu etiraf etmək lazımdır. Əslində, onların adını açıqlamağa ehtiyac da yoxdur. Çünki özləri nə qədər bunu gizlətsələr də, xalqın gözündən iynə də qaçmır. Hər halda, kimlər sponsor vasitəsilə, sevgililərinin hesabına şou-biznesdə at çapmaq istəyir, onları kifayət qədər tanıyırlar"- söylədi.

Səidə digər yenilikləri barədə də məlumat verdi. Gənc müğənni hazırda yeni mahnısına klip çəkdirməyə hazırlaşır. Mahnının sözləri Vəfaya, musiqisi Hatəm Nəbioğluya məxsusdur. "Dostum" adlanan bu mahnını ekranlaşdırmaq üçün konkret rejissor seçimi etmədiyini deyən müğənni səbəbini də izah etdi: "Düzünü deyim ki, bu mahnıya klip çəkdirmək üçün bahalı rejissor axtarmıram. Birincisi, ona gücüm çatmaz, ikincisi də, bu gün klipə baxanda demirlər ki, ay bahalı klipdir, bahalı rejissor çəkib. Əsas odur ki, klipdə siman görünsün. Bahalı klipləri o zaman çəkdirərəm ki, artıq özümü tam mənada şou-biznesdə təsdiqləmiş olaram. Onda yəqin ki, pulum da çox olar. Ancaq hazırda bahalı klip çəkdirməyə ehtiyac duymuram".

Xəbər lenti

Xəbər lenti