...

Xəzər dənizi üzrə nərəcinsli balıqların ov həcminin kvotası müəyyənləşdirilib

Cəmiyyət Materials 5 Fevral 2008 13:51 (UTC +04:00)
Xəzər dənizi üzrə nərəcinsli balıqların ov həcminin kvotası müəyyənləşdirilib

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.Hüseynli/ Xəzər Dənizinin Su Bioresursları Komissiyası Xəzərdə bu il üçün nərəcinsli balıqların ümumi ov həcminin həddini təsdiqləyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova çərşənbə axşamı Trend ə bildirib ki, komissiyanın Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 28-ci iclasında 2008-ci ildə Xəzər dənizi üzrə nərəcinsli balıqların ümumi ov həcminin 1061,02 ton olması barədə qərar qəbul edilib.

Hər il komissiya Xəzərətrafı ölkələr (Azərbaycan, İran, Türkmənistan, Rusiya və Qazaxıstan) tərəfindən ovlanan nərəcinsli balıqların kvotasını müəyyənləşdirir. Ötən il qəbul olunan qərara əsasən, Xəzərətrafı ölkələrə balıqların ovu ilə bağlı qoyulan kvota bu ilkindən 10 ton çoxdur. Komissiyanın iclası fevralın 2-də başa çatıb.

İbrahimova deyib ki, bu il Azərbaycan 90, Qazaxıstan 182,5, İran 440,Rusiya 286.5,Türkmənistan 62,2 ton nərəcinsli balıq ovlaya biləcək. İrandan başqa (10 ton az), qalan ölkələrin ov kvotası ötən ilin səviyyəsində saxlanılıb. Onun sözlərinə görə, bu il ixrac qara kürü kvotaları Azərbaycan 6660, Qazaxıstan 13270, İran 42200, Rusiya 24200, Türkmənistan 5057 kiloqram miqdarında olmaqla SİTES Konvensiyasının Katibliyinə təsdiq edilmək üçün göndərilib.

İclasda ümumi ov kvotasının Xəzərətrafı ölkələr arasında bölünməsi mexanizminin yenidən işlənməsi üzrə İşçi qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti