...

Azərbaycan hökuməti jurnalistlərin məhkəməyə verilməsinin qarşısını almayacaq - Prezident Aparatının şöbə müdiri

Cəmiyyət Materials 5 Fevral 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti jurnalistlərin vətəndaşlar tərəfindən məhkəməyə verilməsinin qarşısını almaq üçün heç bir tədbir görməyi planlaşdırmır. "Azərbaycan hakimiyyəti jurnalistlərin həbsindən narahatdır. Amma hakimiyyət vətəndaşların məhkəməyə müraciət etmək hüququnu dəyərləndirir və bunun qarşısını almaq niyyətində deyil" - deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

2007-ci ilin sonuna kimi Azərbaycanda səkkiz jurnalist həbsdə idi. Onların əksəriyyəti böhtan və təhqirdə ittiham olunaraq həbs olunmuşdular. Dekabrın sonunda prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə onlardan beşi azadlığa buraxılıb. Hazırda üç jurnilist həbsdədir.

Həsənov qeyd edib ki, hər bir insan məhkəmə vasitəsi ilə öz hüquqlarını qorumaq hüququna malikdir və bundan istifadə edir: "Əgər Azərbaycan hüquqi dövlət qurursa, biz insan hüquqlarının qorunmasında məhkəmədən başqa vasitə tanımırıq"

Prezident Aparatının rəsmisi qeyd edib ki, jurnalistlər qanun çərçivəsində işləməyi öyrənməlidirlər. İnsanlar isə jurnalistlərin tənqidlərinə bir qədər dözümlü yanaşmalıdırlar.

"Prezident İlham Əliyevin jurnalistləri əfv etməsi onlara insan hüquqlarına hörmətlə yanaşmaq üçün verilən şansdır" - deyə Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti