...

Olimpiya çempionu Zemfira Meftəhətdinova BOK-un qərarını gözləyir

Cəmiyyət Materials 7 Fevral 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir Z.Səfərov / Pekin Oyunlarında iştirak perspektivimlə əlaqədar yaranın qeyri-müəyyən vəziyyət məni tonusda saxlayır və formada qalmağa məcbur edir. Bu barədə stend atıcılığı üzrə Sidney Olimpiya çempionu Zemfira Meftəhətdinova Trend ə deyib. O, öz gücü ilə Olimpiadaya lisenziya qazana bilməyib.

O qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsi məsələyə dair ən yaxın zamanlarda qərar çıxaracaq. "Sidney-2000-də son anadək Olimpiadaya buraxılışım qeyri-müəyyən idi və yalnız yarışlara bir ay yarım qalmış buraxılış aldım" - idmançı qeyd edib.

Meftəhətdinova Dubayda təlim məşq toplanışı keçir və mövsümə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti