...

"Unformal" qrupu Azərbaycanı niyə tərk edir?

Cəmiyyət Materials 8 Fevral 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /müx. TrendLife Cavid Osmanov/

Fevralın 2-də Azərbaycanı "Eurovision" müsabəqisində təmsil edəcək işitirakçının adı açıqlandı. Həmin gün mübarizə aparan, lakin qalib adını qazanmayanlardan biri "Unformal" qrupu idi. Bu qrup barəsində Ukraynanın tanınmış prodüseri Vitaliy Klimov TrendLife-a bunları bildirdi.

-"Unformal" qrupu gözləmədiyimiz şou nümayiş etdirdi. Qrupun üzvlərilə yaxın dostum, prodüser Semyon Qorov işləyib. Düzünü desək, biz istədiyimizə nail olduq. Yəni prodüser üçün vacib olan öz məhsulunu reklam etdirməkdir. Hazırda "Unformal" Azərbaycanda yeganə rok qrupudur. Əlbəttə, "Eurovision" müsabiqəsinin seçim turunda qalib olmaq arzumuz idi, lakin əsas bu deyil. Başlıcası iştirak idi. Düzdür, qrup üzvləri məyus olublar, ama əsas odur ki, təşkilatçıların köməyi ilə onlar nəyə qadir olduqlarını göstərə bildilər. Biz qrupun dünya şou-biznesinə qatılmasına çalışırıq. Hələlik qrup üzvləri istirahət etməlidirlər.

"Unformal"ın üzvləri bizimlə söhbətdə bildirdilər ki, çox məyusdurlar, bir müddət ölkədən uzaqlaşacaqlar.

Xəbər lenti

Xəbər lenti