Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycanın qrossmeysteri Şəhriyar Məmmədyarov ötən il iştirak etdiyi Sofiyadakı "M-Tel Masters" superturnirində iştirak etməkdən imtina edib.
Şahmatçının Trend ə bildirdiyinə görə, əsas səbəb bu mövsümün təqvim qrafikinin məzmunlu olması və iri yarışmaların bir-birini əvəz etməsidir. "Məni Monakoda olacaq rapid və kor şahmat üzrə ənənəvi turnir gözləyir və Rusiya çempionatının başlanmasına da çox az qalır. Üstəlik, Bakıda FİDE-nin birinci Qran-Pri mərhələsi baş tutacaq və bundan bir neçə gün sonra Sofiyada superturnirin açılışı olacaq. Bu səbəbdən də Bolqarıstana getməkdən imtina etmək qərarına gəldim", - Məmmədyarov qeyd edib.
Bu yaxınlarda Şəhriyar Veyk-An-Zeedə "Corus chess-2008" superturnirində iştirak edib və doqquzuncu-on birinci yerləri bölüşüb.