...

Strasburqda mədəniyyətlərarası dialoqun dini müstəvisi üzrə iclas keçiriləcək

Cəmiyyət Materials 14 Fevral 2008 04:26 (UTC +04:00)
Strasburqda mədəniyyətlərarası dialoqun dini müstəvisi üzrə iclas keçiriləcək

Fransa, Strasburq. 14 fevral / Trend , müxbir, A. Məhərrəmli/ Avropa Şurasının Katibliyindən " Trend"ə verilən məlumata görə, 2008-ci il aprelin 8-də Strasburqda Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini müstəvisi üzrə "Dini və əqidə ilə bağlı faktların tədris edilməsi" mövzusunda illik mübadilə görüşü keçiriləcək.

Tədbirdə əsas diqqət təhsildə dinlər və etiqadlarla bağlı bilik əldə etmək vasitəsi, demokratik vətəndaşlıq, insan hüquqları və mədəniyyətlərarası dialoq üzrə təhsilə dəstək məsələlərinə ayrılacaq.

Azərbaycandan da bu tədbirə dini cəmiyyətlər, dini məsələlər üzrə QHT-lər, elm sahəsi və KİV-i təmsil edəcək nümayəndələrin dəvət ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti