...

"Bomba qız" mahnımın səbəbkarı Səidə Sultandır - müğənni Emin

Cəmiyyət Materials 16 Fevral 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı,16 fevral /müx. TrendLife Şahin Cavadsoy

"Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallının xüsusi olaraq "N brothers"in eks solisti Emin üçün yazdığı "Bomba qız" mahnısı gənclər arasında getdikcə daha çox populyarlaşır. Bunu sevinclə qarşılayan ifaçı Emin mahnıdakı sözlərin kimə ünvanlanmasına bu cür aydınlıq gətirməyə çalışdı: "Onsuz da maqazin verilişlərində mənim adım xanım həmkarım - "W trio" qrupunun solistlərindən biri olmuş Səidə Sultanla tez-tez hallandırılır. Düzdür, hər ikimiz dəfələrlə açıqlama vermişik ki, bizi yalnız dost münasibətləri bağlayır. Amma atalar demiş "Elin ağzı çuvaldır". Haradan bağlasan xeyri yoxdur, mütləq açılacaq. Ona görə verilişlərdə dediyim açıqlamanı bir daha təkzib edərək deyirəm ki, SəidəSultanı sevirəm və "Bomba qız" mahnımın səbəbkarı da Səidə Sultandır. Qoy bu sözlərimi kim necə istəyir, elə də başa düşsün".

Bəs görəsən Emindən gələn bu açıqlamaya Səidə xanım necə cavab verəcək?

Xəbər lenti

Xəbər lenti