...

Mən sağ-salamatam –müğənni Xuraman Şuşalı

Cəmiyyət Materials 28 Fevral 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /müx. TrendLife Şahin Cavadsoy/

Yerli mətbuatın yazdığına görə, müğənni Xuraman Şuşalı idarə etdiyi "Audi Q7" markalı avtomobillə dəhşətli qəza törədib. Maşın tanınmaz hala düşdüyündən, Xuraman hətta onu satmaq qərarından belə çəkinmir. Olanlara münasibət bildirən Şuşalı, yaşadığı xoşagəlməz olayla bağlı TrendLife-a bunları söylədi: "Əvvəlki avtomobillərimlə törətdiyim qəzalarla münasibətdə, budəfəkini qəza saymaq düzgün olmazdı. Qəzetlərdə yazıldığı kimi dəhşətli avtomobil qəzasına uğramamışam. Sadəcə, tıxaca düşəndə bir avtomobil maşınımı sürtüb keçdi. Düzdür, bu hadisə mənə pis təsir etdi. Amma sağ-salamatam. Avtomobil qəzasına görə depresiyaya düşməyim də ağ yalandır".

Xəbər lenti

Xəbər lenti