...

Qrossmeyster Teymur Rəcəbov Moreliya-Linares superturnirində ikinci yer şansını itirməyib

Cəmiyyət Materials 7 Mart 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Z. Səfərov/ Azərbaycan qrossmeystri Teymur Rəcəbov İspaniyada keçirilən Moreliya - Linares superturnirində ikinci yeri tuta bilər.

Bu o vaxt baş verə bilər ki, şahmatçımız son turda ikinci yerdə olan Maqnus Karlseni uda, Veselin Topalov və Levon Aronyan isə, öz görüşlərini uduza. Bundan əvvəlki oyunda Aleksey Şirova qalib gələn Teymur 6,5 xalla M.Karlsendən bir xal geri qalır. Ona görə Rəcəbov üçün "skandinav"la görüş həlledici ola bilər. Demək lazımdır ki, yarışın birinci turunda Teymur rəqibini udub.

Turnirin lideri Karlseni bir xal geridə qoyan dünya çempionu Vişvanatan Ananddır.

.

Xəbər lenti

Xəbər lenti